Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Putin G20 sammitində iştirak edə bilməyəcək

 Hindistan hökuməti Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini təsdiqləyib.

Yenixeber.org: Hindistanın Baş naziri Narendra Modinin ofisi V.Putinin gələn ay bu ölkədə keçiriləcək G20 sammitinə qatılmayacağını və onu xarici işlər naziri Sergey Lavrovun əvəzləyəcəyini açıqlayıb.

Bildirilib ki, Hindistan Baş naziri V.Putinlə telefonla danışıb. Hökumət başçısı deyib ki, Rusiya liderinin sammitdə iştirak etməmək qərarı anlaşılandır.

Qeyd edək ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Bu baxımdan Hindistan Rusiya liderinin ölkəyə gələn kimi dərhal həbs etməlidir. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, V.Putin Nyu Dehlidə keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırmır.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti CAR-da keçirilən BRİKS sammitində şəxsən iştirakdan imtina etmişdi.

Bundan əlavə, daha əvvəl Kreml bəyan etmişdi ki, V.Putin avqustda Türkiyəyə gedəcək. Amma bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda özü Rusiyaya səfər edəcəyini bildirib.("The Guardian")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam