Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Türkiyə XİN başçısı İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun ikinci yarısında Bağdada səfər edəcək.

Yenixeber.org:  Macarıstanda həmkarı Peter Siyarto ilə görüşən Türkiyə XİN başçısının növbəti səfər edəcəyi ölkə İraq olacaq.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhaf Hakan Fidanın səfəri ilə bağlı açıqlama verib. Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseynin bu yaxınlarda Türkiyənin İraqdakı səfiri Əli Rza Güneyi qəbul etdiyini bildirən Əl-Səhaf bu görüşdə Bağdad və Ankara arasında əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini bildirib.

Əl-Sahaf həmçinin vurğulayıb ki, görüşdə ikitərəfli münasibətlərin iki dost xalqın mənafeyinə xidmət edəcək şəkildə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları da müzakirə olunub. Bu çərçivədə Türkiyə XİN rəhbərinin İraqa gözlənilən səfəri də müzakirə edilib. XİN rəsmisi Fidanın bu ayın ikinci yarısında Bağdada səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın səfər tarixinin də dəqiqləşdirilməsinin gözlənildiyini deyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam