Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

BQXK-dən azərbaycanlı əsirlərlə bağlı YENİ AÇIQLAMA

 Ermənistanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundovla hələ də görüş keçirilməyib. 

Yenixeber.org: Bu barədə  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisindən məlumat verilib. 

“Bu ay ərzində BQXK azərbaycanlı əsirlərlə görüş keçirməyib. Əlavə məlumat olduqca ictimaiyyətə veriləcək”, - deyə bildirilib. 

Sonuncu dəfə 13 iyun tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər. 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam