Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Avtomobillərin utilizasiya haqqının məbləği müəyyənləşəcək

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcmi müəyyənləşəcək.

Yenixeber.org:  Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcmini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Bu müddət ərzində Nazirlər Kabineti nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını da Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam