Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

İran Ermənistana hərbi dəstəyi genişləndirir -ABŞ-dan XƏBƏRDARLIQ

 Ermənistan Azərbaycanla son hərbi gərginliklər ərəfəsində İranın “Şahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Ola bilsin ki, Moskvada keçirilən XİN başçılarının sonuncu üçtərəfli görüşündə bu məsələ də müzakirə olunub. 

Yenixeber.org:Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun gündəlik məlumatında bildirilib. 

Məlumatda deyilir ki, İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. "Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”, - ABŞ İnstitutunun yaydığı məlumatda vurğulanıb. 

Amerikalı ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir. Qeyd edilib ki, Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa çalışıb. 

Xatırladaq ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam