Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Emmanuel Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olub

Fransa Prezidenti Emmanuel Makronla ABŞ-ın “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb.

Yenixeber.org: Bu barədə Fransa parlamenti komissiyasının hesabatında bildirilib.

Məlumata görə, “Uber” Fransa hökumətində ən yüksək səviyyədə özünə müttəfiqlər tapıb. Bildirilib ki, bu, E.Makron və onun kabinetinin üzvləri arasında qeyri-şəffaf, ancaq imtiyazlı əlaqənin göstəricisi sayılır. Məlumata görə, şirkətlə əməkdaşlığa dair qərarlar dövlət səviyyəsində şəxsi maraqlar baxımından aparılıb.

E.Makron Fransanın iqtisadiyyat naziri olduğu dövrdə “Uber”lə bağladığı gizli sövdələşmə sayəsində şirkətin sürücüləri üçün təlim saatlarını 250-dən 7-yə endirib. Fransanın Vergi İdarəsi şirkətin ofislərində axtarış apardığı zaman “Uber”in nümayəndəsinin E.Makrona SMS göndərdiyi də hesabatda əksini tapıb.

“Radio France” bildirib ki, “Uber”in maraqlarının lobbiçisi olan Mark Makqan E.Makronun prezidentlik kampaniyasını maliyyələşdirməkdə kömək edib.

2022-ci ilin iyulunda, qismən Corc Soros fondlarından biri tərəfindən maliyyələşdirilən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) bildirib ki, E.Makron Fransanın iqtisadiyyat naziri vəzifəsində çalışan zaman da “Uber”ə kömək edib.

Xatırladaq ki, "Uber" ABŞ-ın taksi xidməti göstərən dünyaca məşhur şirkətidir.(“Radio France”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam