Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Cahit Bağçı:“Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək”

“Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək”.
Yenixeber.org:  Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirindəki çıxışı zamanı deyib.
“FETÖ qlobal şəkildə öz fəaliyyətini hələ də davam etdirir və sülhə qarşı öz xain planlarını hər zaman həyata keçirməyə çalışır”, - səfir vurğulayıb.
Onun sözlərinə görə, FETÖ bu gün də aktiv olaraq fəaliyyətdədir və hər zaman ilk fürsətdə Türkiyəyə qarşı xain addımlar atmağa çalışır:
“Onlar vətən xainidir və türk xalqı onları qəbiristanlıqlara belə girməyə icazə verməyib”.
“Yedi il əvvəl 15 iyulda həlak olmuş 251 nəfər şəhidimizi hər zaman hörmətlə anacağıq və onların əziz xatirəsini daim yad edəcəyik”.
C.Bağçı vurğulayıb ki, Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam