Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Cəlilabad RİH-i şəhid ailələrinə qurdlanmış qurban payı göndərdi - kimlərsə bunu ört basdır edir -VİDEO

Cəlilabad RİHi şəhid ailələrinə qurdlanmış qurban payı  göndərdi - kimlərsə bunu ört basdır edir VİDEO

Media o qədər tərbiyəsizləşib ki, Cəlilabadda şəhid ailəsinə göndərilən qurdlu, iylənmiş ətlə bağlı yayılan videonu icra başçısını müdafiə etmək üçün xəbər başlığının qarşısına sual işərsi qoyur.
Yenixeberorg.com: "Cəlilabadda İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - Açıqlama..."
Bilirsiz bu nədir? Bilirsiz bu jurnalistikanın, xəbərçiliyin hansı biabırçı formasıdır?
Yəni nə, şəhid ailəsi yalan danışır?
Ət qurdlu, köhnə, iylənmiş deyil?
Sizin gözünüz görmür, qulağınız eşitmir? Videogörüntüdə adam deyir ki, şəhid ailəsinə göndərilən əti qurd basıb, iylənib, köhnədir.
Azərbaycan mətbuatını niyə cəmiyyətin, insanların qarşısında rüsvay günə qoyursuz? Hansısa icra başçısı şəhid ailəsinə qurdlu ət verir, siz də onun bu əməlinə haqq hazandırırsız? Sual formasında verirsiz ki, yəni olmaya da bilər?
Rayon rəhbərliyi deyir kimsə səhlənkarlıq edib... Kimsə kimdir?
İcra başçısı dalını qaldırıb getməlidir şəhid ailəsinin evinə, əlində də qurban sovqatı. özü şəxsən verməlidir, bayramlaşmalıdır.
Kimsə göndərib, kimsə verib nədir? O əti göndərən adam anlamır ki, ilk sovqat verilməli ünvan şəhid ailəsidir? Utanmadan yalan danışırlar, 1 saata əti qurd basmır...
Bu başlığı qoyan media rəhbərləri ölüb yerə girsin, ölə bilmirlərsə, unatıb qızarsın...
Ədil Hüseynli




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam