Bu səfirliyin əməkdaşları Kiyevi tərk edib -SƏBƏB

ABŞ-nin Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevi tərk edib.
Yenixeberorg.com: Bunu Kiprdə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin bütün səfirlikləri isə Kiyevdə qalıb:
“Ukrayna tərəfindən dünən bildirildiyinə əsasən, bütün səfirliklər qalıb, yalnız birindən başqa. Avropa ölkələri qalıb, ABŞ tərk edib”.
Qeyd edək ki, mayın 25-də Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ölkə ordusu Starobelskdə kollecə edilən hücuma cavab olaraq Kiyevdə hərbi-sənaye kompleksinə aid müəssisələrə zərbələr endirməyə başlayır. Nazirlik xarici ölkə vətəndaşlarını, o cümlədən diplomatları və beynəlxalq təşkilatların nümayəndələrini Kiyevi mümkün qədər tez tərk etməyə çağırıb. Aİ isə diplomatlarını təxliyə etməkdən imtina edib.










AZ
RU