Ermənistanın Hindistandan aldığı yeni silahlar -SİYAHI

Ermənistan Hindistandan yeni silahlar almağı planlaşdırır.
Yenixeberorg.com: Xarici KİV-lər xəbər verir ki, Ermənistan Hindistandan yeni silahlar, o cümlədən "Akash-NG" Hava Hücumundan Müdafiə (HHM) sistemləri, "Pralay" raketləri almağı və "Su-30SM" qırıcılarını modernləşdirməyi planlaşdırır.
Bu addım Ermənistanın Rusiya silahlarından asılılığını azaltmaqla yanaşı, öz hərbi potensialını gücləndirməyə yönəlib.
"Akash-NG" sistemi uzaq mənzilli qabaqcıl hava hücumundan müdafiəni, "Pralay" raketləri isə yüksək dəqiqlikli zərbə imkanlarını təmin edə bilər. Hindistan, həmçinin Ermənistanın "Su-30SM" qırıcı parkını "Uttam" aktiv fazalı barmaqlı antena (AESA) radarları, "Astra" raketləri və qabaqcıl zərbə sistemləri ilə təkmilləşdirməyi nəzərdə tutur.
Hindistan ilə Ermənistan arasında genişlənən müdafiə əməkdaşlığı Cənubi Qafqazda 2020-ci ildə 44 günlük müharibədən sonra yaranmış güc balansını dəyişməyə yönəlmiş addım kimi qiymətləndirilir.










AZ
RU