
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə daha iki hərbçisini itirib.
Yenixeber.org: Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla da 2023-cü il oktyabrın 7-də münaqişənin qızışmasından indiyədək İsrail ordusunun ümumi itkiləri 579 nəfərə çatıb.
Mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağında ötən ilin noyabrında başlayan quru əməliyyatları zamanı ümumilikdə 240 İsrail hərbçisi öldürülüb.
Qeyd edək ki, hazırda İordan çayının qərb sahilində də toqquşmalar baş verir.










AZ
RU