Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Separatçılar gizlədir, real vəziyyət isə budur:Ordumuz...

Erməni mənbələr antiterror tədbirlərinin getdiyi ərazilərdəki vəziyyəti gizlətməyə, “döyüşdükləri”, “müqavimət” göstərdikləri görüntüsü yaratmağa çalışır.

Yenixeber.org: Lakin separatçıların ayrı-ayrı məlumatlarını analiz edəndə real vəziyyət ortaya çıxır:

- Onların “təmas xətti” dedikləri, ordumuzun yarıb keçdiyi ərazilərdə qalan terrorçu dəstələrlə Xankəndidəki qondarma rejim arasında koordinasiya itib;

- Elektrik problemləri olduğu üçün hərbi müstəvidə təmaslar yaratmaq problemləri də var;

- Qanunsuz silahlı dəstələr arasında pərakəndəlik yaranıb;

- Xocalı, Xocavənd və keçmiş Ağdərə rayonları ərazisində 16 kənddən ermənilərin çıxarılıb: bu, hər üç istiqamətdə irəliləyən ordumuzun Xankəndiyə doğru yaxınlaşdığı deməkdir.

Rusiya sülhməramlıları prosesə müdaxilə etmir, Paşinyan isə hakimiyyətinin hayındadır. Qərb ölkələrinə ümid edir, onlardan kömək gözləsələr də, bəyanatlardan başqa heç nə yoxdur.

Separatçılar Azərbaycan Ordusunun qarşısında çıxılmaz vəziyyətdə qalıb, Qarabağdan qaça da bilmirlər - bunun üçün çıxışları yoxdur.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam