Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

 Qondarma rejim Bakının şərtlərini qəbul etdi -ŞƏRH

Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları ilə Laçın və Ağdam-Xankəndi yolu vasitəsilə eyni vaxtda ərzaq daşınması artıq reallıqdır.

Yenixeber.org: Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib.

Bu da onların Azərbaycanın şərtlərinə tabe olaraq nəhayət ki, bunu qəbul etdiyini göstərir.

Həm Laçın, həm də Ağdam-Xankəndi yolunun sentyabrın 1-dən eyni vaxtda açılması ilə bağlı razılaşma olsa da, separatçılar bunu məqsədəuyğun şəkildə iki həftədən çox ləngidirdi.

Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazır olduğunu bəyan etsə də, qondarma rejim öz havadarlarına arxalanaraq prosesi uzadırdı. Lakin 16 gündən sonra separatçıların və onların havadarı qismində çıxış edən güclərin, siyasi dairələrin istəklərinin əleyhinə olaraq, Azərbaycanın prinsipial mövqeyi, milli marağı qəbul edildi. Qarabağdakı separatçılardan alət kimi istifadə edərək regionda öz maraqlarını təmin etməyə çalışan ABŞ kimi dövlətlər, Qərb siyasi dairələri görəsən indi heç xəcalət çəkirlərmi?(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam