Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Bu da Putinin ultralüks yaxtası -FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin yanvarında Almaniyadan Kalininqrada təxliyə edilən “Greysful” adlı yaxtası ilə bağlı yeni araşdırma ortaya çıxıb.

Yenixeber.org: Bu barədə Aleksey Navalnının komandası xüsusi material hazırlayıb.

Uzunluğu 82 metr olan yaxtanın dəyəri 100 milyon dollardır. Təkcə 2022-ci ildə təmir və texniki xidmət üçün ona 3 milyard rubl (təxminən 32 milyon dollar) xərclənib.

Son vaxtlara qədər yaxta ofşor şirkətinin adında qeydiyyatda olub. Həmin şirkətin son benefisiarı Putinin uşaqlıq dostu Pyotr Kolbindir. Qeyd olunur ki, Rusiyanın Federal Mühafizə Xidmətinin əməkdaşları Putinin digər yaxtası olan “Şəhrizad”ı da eyni sxemlə ölkəyə gətirə biliblər.

“Greysful” Arkadi Rotenberq, habelə Estoniya, İtaliya, Türkiyə və Almaniya şirkətləri vasitəsilə sanksiyalardan yayına bilib.

Yaxta üçün təkcə bu il:

• 6 milyon rubl dəyərində xalçalar,
• "çimərlik və dəniz istirahətinin təşkili üçün xüsusi hovuz - 208 mln rubl.
• 500 min rublluq nərd oyun taxtası,
• 1,2 milyon rubla zirehli çətirlər və s. alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam