Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -DETALLAR

news/2026_05_25/404a5222_02_1779735471.jpg

Türkiyənin müdafiə sənayesi nəhəngi "ASELSAN Elektronik Sanayi ve Ticaret Anonim Şirketi" 2026-cı ilin birinci rübünə dair konsolidə edilmiş rəsmi maliyyə hesabatını və sub-hesabat qeydlərini açıqlayıb.

Yenixeberorg.com: Müasir hərbi-texnoloji innovasiyaların əsas drayveri hesab olunan şirkətin bu rəsmi hesabat sənədlərində gizlənən iqtisadi rəqəmlər, korporasiyanın regional strukturları, xüsusilə də Azərbaycanda 100% pay fərqi ilə fəaliyyət göstərən "ASELSAN Bakü" törəmə müəssisəsinin fəaliyyət dinamikası ilə bağlı maraqlı analitik suallar doğurur.

Araşdırmamızı Şirkətin rəsmi hesabatından əldə edilən göstəricilər əsasında Bakı ofisinin mövcud iqtisadi durumunu və potensial maliyyə risklərinə istinadən edib və yazını təqdim edirik:

100 faizlik sahiblik və AZN valyutasından asılılıq

Rəsmi maliyyə hesabatının 12-ci səhifəsində yer alan "Konsolidasyona İlişkin Esaslar" (Konsolidasiya prinsipləri) bölməsində qeyd edilən rəsmi məlumatlara əsasən, "ASELSAN Bakü" törəmə müəssisəsi həm 31 mart 2026-cı il, həm də 31 dekabr 2025-ci il tarixlərinə 100% pay və səs hüququ ilə birbaşa ana şirkətə bağlıdır.

Hesabatın digər vacib bəndində rəsmi olaraq qeyd edilir ki, müəssisənin fəaliyyət göstərdiyi mühitdə əməliyyatların keçərli pul vahidi AZN (Azərbaycan Manatı) olaraq müəyyən edilib. Bu amil korporasiyanın daxili iqtisadi hesabatlarında Bakı ofisinin gəlirlərini birbaşa olaraq regional məzənnə sabitliyindən asılı vəziyyətə salır. Ana şirkət öz hesabatlarını Türk Lirəsi (TL) ilə apardığı üçün, regional valyuta strukturundakı hər hansı uzunmüddətli iqtisadi dalğalanma birbaşa olaraq konsolidə edilmiş balans hesabatlarında xarici valyuta çevrilmə xərclərinə təsir etmək gücünə malikdir.

Böyük gəlirlər fonunda regional ofisin payı: "Təmir-baxış" sərhədi

Rəsmi hesabat sənədlərindəki gəlir cədvəlinə əsasən, ASELSAN cari rübdə 34 milyard 305 milyon 800 min TL ümumi satış hasılatı əldə edib. Lakin bu nəhəng gəlirin 29 milyard 603 milyon 272 min TL-si (təxminən 86,3%-i) yalnız ölkədaxili (Türkiyə) satışların payına düşür. Korporasiyanın ümumi ixracat gəlirləri (Yurt dışı satışlar) isə cəmi 4 milyard 702 milyon 528 min TL səviyyəsində qərarlaşıb.

Rəsmi hesabatda "ASELSAN Bakü"nün əsas fəaliyyət istiqaməti rəsmi olaraq "İş geliştirme, satış, bakım ve onarım" (Biznesin inkişafı, satış, texniki baxış və təmir) kimi qeyd edilib. Rəqəmlərin müqayisəli təhlili göstərir ki, Bakı ofisinin qlobal ixracat zəncirindəki və irimiqyaslı layihələrdəki payı hələ də məhduddur. Milyardlıq müqavilələrin əsas mərkəzi Türkiyə daxili bazarı olaraq qaldığı halda, Bakı ofisi regional səviyyədə böyük həcmli istehsalat və regional müqavilələr cəlb etməkdən daha çox, mövcud sistemlərin lokal texniki dəstəyi və təmir-baxış xidmətləri ilə məhdudlaşır.

Balansda gizlənən xarici valyuta fərqləri

Şirkətin öz kapital hərəkətlərini əks etdirən rəsmi cədvələ ("Özkaynaklar Değişim Tablosu") nəzər yetirdikdə, "Yabancı Para Çevrim Farkları" (Xarici valyuta çevrilmə fərqləri) maddəsi üzrə 39 milyon 9 min TL mənfi fərq (itki) qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu maddə üzrə balansda müsbət (6,1 milyon TL) artım olduğu halda, cari rübdə mənfi tendensiyanın yaranması regional ofislərin və xarici valyuta əməliyyatlarının idarə edilməsində gəlirliliyin qorunması baxımından iqtisadi riskləri artırır.

Xərclərin artım təhlükəsi

Hesabatın işçi öhdəlikləri və aktuar hesablamalar bölməsində (Qeyd 13) gələcək dövrlər üçün inflyasiya gözləntisi fərziyyəsi %41,34 kimi kifayət qədər yüksək bir həddə götürülüb. Bu cür yüksək inflyasiya proqnozları regional strukturların, o cümlədən "ASELSAN Bakü"nün gələcək logistik, əməliyyat və idarəetmə xərclərinin artmasına rəvac verə bilər. Əgər regional ofisin cəlb etdiyi layihələrin gəlirlilik tempi bu xərc artımını üstələməsə, törəmə müəssisənin gələcək rüblərdə xalis rentabelliyinin aşağı düşməsi qaçılmaz olacaqdır.

Nəticə olaraq, təqdim edilən I rüb rəsmi maliyyə hesabatı göstərir ki, korporasiya ümumi müstəvidə böyüməyə davam etsə də, xarici bazarlardakı törəmə strukturlar, xüsusilə də tam mülkiyyətli "ASELSAN Bakü" hələ ki ana şirkət üçün irihəcmli müstəqil maliyyə mənbəyinə çevrilə bilməyib və fəaliyyət miqyası regional çərçivədə lokal xidmətlərlə məhdud qalmaqdadır.

Qeyd edək ki, ASELSAN-ın Azərbaycandakı rəsmi törəmə müəssisəsi olan "ASELSAN Bakı" şirkətinin baş direktoru (Genel Müdürü) Özgür Kürümdür.

Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına əsasən, Bakı filialının nizamnamə kapitalı 5 235 212 ABŞ dolları (təxminən 8,9 milyon manat) təşkil edir

(32gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam