Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ

“Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq”. 
Yenixeber.org: Bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:
“Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur”.
S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.
Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam