Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Tarix susmayan qadınları unutmayıb — qadın düşüncəsi mətbəxlə məhdudlaşmır

“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm”.
Yenixeberorg.com: Bu fikir Xalq yazıçısı, ADU-nun rektoru Kamal Abdullaya məxsusdur. Kamal müəllim bildirir ki, qadının əsas istiqaməti ev, ailə və uşaqlar olmalıdır.
Qadının ailəsinə, övladına bağlı olması əlbəttə ki, böyük dəyərdir. Amma qadının yerini yalnız ev və mətbəxlə məhdudlaşdırmaq məncə doğru yanaşma deyil.
Tarixə baxsaq görərik ki, əsrlər öncə də savadlı, düşünən və cəmiyyətə təsir edən qadınlarımız olub. Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi kimi xanımlar Azərbaycan düşüncə və ədəbiyyat tarixində böyük iz qoyublar. Folklorumuzda belə Nigar və Həcər kimi qadın obrazları həyatın içində mübarizə aparan, iradə göstərən qadınlar kimi təqdim olunur.
Dünyada da dövlət idarə edən, siyasətdə söz sahibi olan qadınlar az olmayıb. Margaret Thatcher və Giorgia Meloni buna nümunədir.
Bəlkə də Kamal müəllim müasir gənclərdə yaranan bəzi mənəvi boşluqları görərək bu fikrə gəlib. Bu tərəfdən düşünəndə onu anlamaq mümkündür. Doğrudur, bu gün cəmiyyətdə müəyyən aşınmalar və mənəvi problemlər var. Amma bunun həlli qadını sosial həyatdan uzaqlaşdırmaq olmamalıdır.
Bu gün elm, tibb, təhsil və bir çox sahələrdə uğurla çalışan Azərbaycan xanımları var. Elə sahələr var ki, orada qadının varlığı xüsusilə vacibdir. Qadın həm gözəl ana, həm də cəmiyyətə faydalı insan ola bilər. Bunlar bir-birinə mane deyil.
Məncə əsas məsələ qadının seçim haqqına hörmət etməkdir.

Təranə Şəms



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam