Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Azərbaycan Ordusuna yeni peşəkar hərbçilər cəlb olundu - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər hazırlayan ixtisas kursları başa çatıb. Kursları uğurla bitirənlər xidmət yerlərinə yola salınıblar.

Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarında kursantlarla ümumqoşun və ixtisas hazırlıqlarından məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət şəxsi heyətə hərbi-nəzəri biliklərin və praktiki vərdişlərin öyrədilməsinə yönəldilib.

Kursları uğurla başa vuran məzunların növbəti xidmət yerlərinə yola salınması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, müxtəlif zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

Məzun Şahmar Şıxəliyev kurslarda qazandığı bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə söz verib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam