Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

İtaliyada son durum-Xəstələri hərbi yük təyyarələri ilə apardılar

 

 Dünyada koronavirusla bağlı ən çox insan itkisi verən İtaliyada səhiyyə sistemi çökməkdədir. Xəstəxanalar və tibb işçiləri çatışmadığından İtaliya xəstələrini aparmaq üçün Almaniyadan yardım istəyib.

Yenixeber.org: İlk dəfə olaraq 6 nəfər xəstə hərbi yük təyyarəsi ilə Almaniyanın Leypsiq şəhərinə aparılıb. Uçuş İtaliya ordusuna məxsus C-130 yük təyyarəsi ilə həyata keçirilib. Təyyarə yerə enən kimi Almaniyanın tibb briqadaları xəstələrə yardım eləmək üçün hərəkətə keçiblər. Təcili yardım maşınları xəstələri müalicə ocaqlarına aparıblar.

Almaniyanın Saksoniya Muxtar Əyalətinin baş naziri Mixael Kreçmer İtaliyanın baş naziri Cüzeppe Konte ilə görüşdən sonra əyalətdəki xəstəxanaların İtaliyadan gələcək xəstələri qəbul edə biləcəyini bəyan etmişdi.

Mixael Kreçmer deyib: “Çətin vəziyyətdə olan insanlara yardım edə bildiyimizə çox şadıq”.

O, bu gün də İtaliyadan 8 nəfər xəstənin gətiriləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam