Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Onlara tarixi dərsi verəcəyik" -Ərdoğandan sərt sözlər

 

"Türkiyə həm bu günü, həm də gələcəyi baxımından tarixi və vacib bir mübarizə içərisindədir". 

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tvitter" hesabında bildirib.

“Nəticələri ən azı 100 il bundan öncəki qədər böyük olan bir mübarizədən, ölkəmizin və millətimizin mənfəətini qoruyaraq zəfər qazanmaq üçün gecə-gündüz demədən çalışırıq. Tarix boyu həmişə işğallara, zülmlərə məruz qalmış bu coğrafiyada mübarizədən bir an geri qaçarsaq, birliyimizə sahib çıxmasaq bunun nəticələrinin bizim üçün ağır olacağını bilirik.

Zülmə qarşı verdiyimiz haqq mübarizəsi sonuna qədər davam edəcək. Türkiyə haqlı mübarizəsində heç vaxt geri çəkilməyəcək, heç bir xəyanəti də unutmayacağıq. Millətimiz yanımızda olduğu müddətcə hər çətinliyin öhdəsindən gələcək, ölkəmizi küncə sıxışdırdığını zənn edənlərə tarixi dərsi verəcəyik”, - Ərdoğan vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam