Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

ATƏT rəsmisi:"Anjey Kaspşikin səlahiyyətlərini artırmaq niyyətindəyik"

"Biz Minsk Qrupu olaraq Qarabağ probleminin həllinə, sadəcə, köməklik edə bilərik. Əsas qərarı isə münaqişə tərəfləri - Ermənistan və Azərbaycan verməlidir".

Yenixeber.org: Bu fikirləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, problemlərin həlli və buna maneçilik törədən əsas səbəblər barədə Azərbaycan və Ermənistan rəhbərliyi, həmçinin xarici işlər nazirləri məşğul olurlar: "Biz, sadəcə, köməkçi rolunda çıxış edirik və bunun genişlənməsinə töhfəmizi verməkdəyik. 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həlledici olmayıb. Ancaq bununla belə, problemin həllində irəliləyişə nail olmağa imkanlar açır". 

"Bu gün qoşunların təmas xəttində vəziyyət o qədər qənaətbəxş deyil. Ona görə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səlahiyyətlərini artırmaq niyyətindəyik. Hazırda bunun üzərində işləyirik. Ancaq nəticə əldə etmək o qədər də asan deyil", - A.Lukaşeviç qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam