Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İldar Gilmüddinov:"Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm"

“Azərbaycan neçə illərdir etibarlı tərəfdaşımızdır. Rusiya ilə Azərbaycanın münasibətləri daim inkişaf edir. Bizi nəinki iqtisadi, həm də mühüm mədəni, mənəvi tellər, ənənələr birləşdirir. Qarşılıqlı münasibətlərimizdə əldə etdiyimiz gücün daha da artacağına çox ümidvaram”.

Yenixeber.org: Bu fikirləri Rusiya bürosuna Dövlət Dumasının Millətlər komitəsinin sədri İldar Gilmüddinov deyib.

Rusiyalı deputat bu gün iki ölkə arasında həm dövlət, həm də vətəndaşlar səviyyəsində isti və dost münasibətlərinin bərqərar olduğunu qeyd edib: “Həm Azərbaycanda, həm də Rusiyada xeyli birgə tədbirlər keçirilir, onların təşəbbüskarı heç də təkcə dövlət təşkilatları deyil. Məsələn, bu günlərdə Avrasiya Xalqları Assambleyasından olan həmkarlarımız Bakıda olub, birgə görüşlər, tədbirlər keçiriblər. Deməli, vətəndaşlarımız da görüşmək, təmas qurmaq istəyirlər. Bu da ümumi köklərimizdən, yalnız bir yerdə daha irəli getmək mümkünlüyünü dərk etməyimizdən irəli gəlir”.

“Ölkəmizi azərbaycanlılarsız təsəvvür edə bilmirəm. Tariximiz də birdir, gələcəyimiz də. Bir yerdə yaşamalı, çalışmalı, dostluq etməli, bir-birimizə kömək olmalıyıq. Əlbəttə ki, bu gün ölkəmizdə müxtəlif xalqlar arasında dostluq, qarşılıqlı anlaşmanın olmasında Azərbaycanın rəhbərliyinin də, ictimai təşkilatlarının da çox mühüm payı var”, - İ.Gilmüddinov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam