
Böyük Britaniya İranla əlaqədə ittiham olunan azərbaycanlı kriminal fiqur Namiq Səlifova sanksiya tətbiq edib.
Yenixeberorg.com: Britaniya hökuməti onu İran hakimiyyətinin maraqları naminə “düşmən fəaliyyəti” həyata keçirməkdə suçlayır. Sanksiyalar çərçivəsində Səlifovun aktivləri dondurulur, ölkəyə girişinə isə qadağa qoyulur.
Namiq Səlifov öldürülmüş kriminal avtoritet “Lotu Quli” kimi tanınan Nadir Səlifovun qardaşıdır. OCCRP-nin araşdırmasına görə, onun çevrəsinə yaxın şəxslər ABŞ-da İran adından sifarişli qətl planında iştirak etdiklərinə görə məhkum ediliblər.
Britaniya hökumətinin yeni sanksiya siyahısına İranla əlaqəli daha bir neçə şəxs və kriminal şəbəkə də daxil edilib. Onların Avropada və Böyük Britaniyada İran rejiminin tənqidçilərinə qarşı təzyiq və hücum planlarında iştirak etdiyi iddia olunur.
“Lotu Quli” kimi tanınan Nadir Səlifov postsovet məkanının ən məşhur kriminal avtoritetlərindən biri hesab edilirdi. O, 2020-ci ildə Türkiyədə öldürülüb.(gununsesi.info)










AZ
RU