Fərzəliyev artıq qanunları da görmür? - Bu yekəlikdə tikililəri görməyibsə... -FOTOLAR

Abşeron rayonu, Xırdalan şəhərində standartdan, tikinti normalarından kənar tikililərin sayı-hesabı yoxdur. İllərdir bu problem barədə mətbuat yazsa da, telekanallar göstərsə də nəticə sıfırdır. Elə illərdir Rayon İcra Hakimiyyətinin aidiyyəti şəxsləri “araşdırılacaq” deməklə kifayətlənirlər. Amma nəticə etibarilə tikintilər davam edir. Zatən insanlar RİH rəsmilərinin “araşdırılacaq” sözünə inanmır, daha doğrusu gülüşlə qarşılayırlar, çünki gözləri ilə tikintilərin davam etdiyinin şahidi olurlar.
Yenixeberorg.com: Məsələn, aşağıda oxuculara bir neçə fotogörüntü təqdim edirik.
Bu fotolara baxan, tikinti qaydalarından xəbəri olmayan sadə insanlar belə bunun mümkünsüz olduğunu deyə bilər. Balaca bir ərazidə bir-birindən 20 sm aralı olan 3 böyük yaşayış evi.
Təbii ki, bu ərazi satılıb, tikinti normaları həmişə olduğu kimi gözlənmədən aparılıb. Bu gün bu yekə evləri tikən maklerlər, Əlbətdə, RİH başçısına yaxın olan şəxslər, elə rayon icra başçısı Abdin Fərzəliyevi nə zamansa baş verəcək hadisə, yanğın, uçqun, dağıntı və sairə nəticələr maraqlandırmır . Bəlkə də bu hadisələr olacağı zaman o başqa bir rayonun icra başçısı olacaq, eyni əməlləri başqa bir rayonda edəcək. Bu hadisələr zamanı rayona rəhbərlik edən digər başçı da, onun torpaq satanı da, makleri də deyəcək ki, “bizdən əvvəl tikilib”….png)
Diqqət edin... Bu şəkillər Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində çəkilib. Paşayev Zaman Elxan oğluna məxsus olduğu təsdiqlənib. 3 böyük tikinti, aralarında 30 sm məsafə olmayan bir ərazi... İcra başçısı Abdin Fərzəliyevin gözünün görə biləcəyi yekəlikdə 3 böyük obyekt tikilib, demək olar ki, tamamlanıb. Amma birdən bəlli olub ki, bu tikililər qanunsuzdur və dayandırılıb...
Abşeron Rayon İcra Hakimiyyətindən verilən bu açıqlama bilirsiniz nədir?
.png)
Qanunları lağa qoymaq, dövləti də, vətəndaşı da dəli hesab etmək.. Təsəvvür edin, rayonda 3 böyük tikinti aparılır, tikilib başa çatır, sonra Abdin Fərzəliyev və ya onun adamları deyir ki, qanunsuzdur, saxlamışıq... Bundan böyük biabırçılıq ola bilməz, bundan böyük aldanış, qanunları lağa qoymaq, qanunu ayaqlar altına atmaq mümkün deyil.
Hələ Fövqəladə Hallar Nazirliyi də deyib ki, guya Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən sözügedən ünvanda tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib. Tikinti işlərinin Paşayev Zaman Elxan oğluna məxsus olduğu müəyyənləşdirilib, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu aşkar edilib. Bu səbəbdən tikinti işlərinin dayandırılması barədə qərar qəbul olunub.
.png)
Maraqlıdır, həqiqətənmi bu qurumların bu tikintidən xəbəri olmayıb? Abşeronu qarış-qarış gəzən, Abdin Fərzəliyevin “xas adamı” olan, Abşeronda ondan xəbərsiz bir quşun uçmadığı Nurlan Həsənovun da bundan xəbəri olmayıb? Gülməlidir... Ərazidə günlərlə, aylarla tikinti gedib, Kamazlarla qum, daş tökülüb, bundan xəbərləri olmayıb...
Bəsdirin bu dövlətin qanunlarını, qaydalarını bu məntiqsiz, gülüş hədəfinə çevrilən, insanları dövlətdən narazı salan açıqlamalar verməkdən çəkinin. Bu yekəlikdə tikintiləri görməyən adamlardan dövlət məmuru olmaz.
.png)
Görüb hansısa səbəbdən göz yumandan isə heç olmaz. Çünki sabah bu evdə hansısa körpə böyüyəcək, insanlar yaşayacaq. Təhlükəsizlik səbəbindən bu evlərdən birində yanğın baş versə, bütün evlər yanacaq və insanlar içində məhv olacaq. Bu qədər qanunsuz əməlləri etmək üçün şir ürəyi yemək lazımdır.
Hə, hansısa yanğına, təhlükəsizlik qaydalarının pozulmasına görə belə qanunsuz tikintilərə görə kimsə məsuliyyət daşımır, 3-5 min cərimə ödənilir, məsələ bağlanır. Maraqlıdır, Abşeron rayon icra başçısı Abdin Fərzəliyev, onun “sağ əli” Nurlan Həsənov bu qədər qanunsuzluq edə biləcək gücü kimdən alır? Pullarımı çoxdur, yoxsa qanunlarımız zəifdir?(bizimesr.com)










AZ
RU