Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İranda qiyam:Bu binalar yandırılıb

 

Lordeqan əhalisi “Çinar Məhəmmədi” kəndinin bir qrup sakininin iynə vasitəsilə QİÇS virusuna yoluxmasına görə dünən etiraz aksiyaları keçirib.

 

Yenixeber.org: Eirazçılar ilkin olaraq İcra Hakimiyyəti və Səhiyyə İdarəsinin qarşısında dinc aksiya keçirərək, rəsmilərin məsələ ilə bağlı açıqlama vermələrini tələb ediblər. Qarşılığında isə onlara heç bir cavab verilməyib və Çevik Polis Alayı etirazçıları döyməyə başlayıb.

 

Bundan qəzəblənən insanlar imam cümənin ofisi, Səhiyyə İdarəsi və İcra Kakimiyyətinin binaları, eləcə də Çevik Polis Alayına məxsus bir neçə maşını yandırıblar.

 

Polis isə qəzəbli kütləni dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib. Nəticədə onlarla insanın yaralandığı deyilir.

 

Xatırladaq ki, bir neçə gün öncə “Çinar Məhəmmədi” kəndinin bir qrup sakininin HIV virusuna yoluxmasıyla bağlı məlumatlar yayılmışdı. Kənd əhalisi bildirirdi ki, 2 ay öncə şəkər analizi vermək üçün onların hamısı əyalət xəstəxanasında olublar. Lakin həkimlər analiz zamanı istifadə edilmiş iynələr işlədiblər. Nəticədə bir qrup insan HİV virusuna yoluxub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam