Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Deputatların toxunulmazlığı ləğv olunsun! – “Bizneslə məşğuldurlar”

 

Deputatların toxunulmazlığı ləğv olunmalıdır! –

“Son dövrdə baş verən hadisələr, qalmaqallar, dövlət məmurlarının, biznesmen deputatların barələrində mətbuatda gedən yazılar, Hesablama Palatasının verdiyi hesabatlar onu deməyə əsas verir ki, təcili olaraq Milli Məclis vəzifəli şəxslərin gəlirləri və onun mənbəyi haqqında qanun qəbul etməlidir”.

Yenixeber.org: Bu təşəbbüslə keçmiş YAP-çı deputat Musa Musayev çıxış edib. O, bildirib ki, bundan başqa Azərbaycanda deputatların toxunulmazlığı haqqında qanun ləğv olunmalıdır:

“Cənab prezidentin sərəncamı ilə komissiya yaradılmalı, bütün dövlət və özəl qurumların  maliyyə fəaliyyəti yoxlanılmalıdır. 

Aşkar edilmiş bütün faktlar aidiyyatı qurumlara təqdim olunmalı və aşkarlığa əməl edilməlidir.

Şəxsən mənim tanıdığım vəzifəli şəxslər var ki, vəzifəyə təyin edildikdən 5 ay sonra möhtəşəm tikintilər aparır və milyonlarla vəsait xercleyir. Bu pulu o necə qazanır? Biz mətbuatda gedən yazıları nəzərə alsaq belə qənaətə gəlmək olar ki, Azərbaycanda hamı bizneslə məşğuldur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam