Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Erməni deputatla bağlı Rusiyanın TƏLƏBİ:  mandatı alına bilər

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Ovannes İgityanın mandatı qurumun payız sessiyasından sonra əlindən alına bilər.
Yenixeber.org: Ermənistanda nəşt olunan "Joxovurd" qəzetinin verdiyi xəbərə görə, Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasında və AŞPA-dakı nümayəndə heyətində onun təcili şəkildə digər deputatla əvəzlənməsi məsələsi müzakirə olunur. Buna səbəb O. İgityanın Rusiyanın AŞPA-da səsvermə hüququnun geri qaytarılması ilə bağlı iyun ayının 24-ü keçirilən səsvermədə iştirak etməməsi olub.
“Erməni deputatın mandatı ilə bağlı söhbətlər onun Rusiyanın AŞPA-da səsvermə hüququnun qaytarılması ilə bağlı səsvermədə iştirak etməməsindən sonra başladı. Bundan sonra onun səsvermədə iştirak etməməklə bağlı ukraynalı deputatlarla razılıq əldə etməsi haqqında söhbətlər yayıldı. Həmin vaxt bu xəbərlərlə əlaqədar Rusiya tərəfi ilə yaranmış problemi həll etmək mümkün oldu. İndi isə Rusiya tərəfinin tələbi qətidir - İgityan getməlidir. Artıq hakim fraksiyada Ovannes İgityanın yerinə digər namizəd axtarılır”, - qəzet mənbəyə istinadən yazır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam