Onu dövlətə xəyanətdə ittiham etdi...
Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən təşviqat kampaniyası zamanı Çiçəklənən Ermənistan Partiyasından (ÇEP) parlament deputatlığına namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.
Yenixeberorg.com: Paşinyan Tevanyana qarşı cinayət işinin başlanacağını bildirib.
“Bilirsiniz ki, ÇEP siyahısında Andranik Tevanyan adlı 2 nömrəli namizəd var. Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə cinayət barədə məlumat göndərəcək. Tevanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanmasını gözləyirik”, - baş nazir vurğulayıb.
Paşinyan həmçinin Ermənistanda fəaliyyət göstərən casus şəbəkəsinin mövcud olduğunu iddia edib və hakimiyyətin onunla mübarizə aparacağını bildirib.










AZ
RU
