Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Belarus Ağdamda müasir aqroşəhərcik inşa etməyi planlaşdırır

Belarus Qarabağın dirçəlişinə öz konkret töhfəsini verəcək.

Yenixeber.org xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı deyib.

Onun sözlərinə görə, əsas layihələrdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin, həmçinin fəhlələr və onların ailə üzvləri üçün mənzil və sosial obyektlərin yaradılması olacaq.

“Biz bu əhatəli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

Hökumətlərarası komissiyanın işinin nəticəsi iclasın protokolu və qarşıdakı dövr üçün Belarus və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yenilənmiş yol xəritəsinin imzalanması olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam