Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Beyninizin gec qocalmasını istəyirsinizsə...

Nebraska-Lincoln və İllinoys Universitetinin alimlərinin apardıqlarlı araşdırma nəticəsində məlum olub ki, bir neçə qida beynin qocalmasının qarşısını almaqda effektlidir. Hazırkı araşdırma, sağlam beyin yaşlanmasını təşviq edə biləcək qida maddələrinin xüsusi profilini müəyyən edib. Bu, gələcək tədqiqatlar üçün də əlverşli nəticədir.

Yenixeber.org xəbər verir ki, beynin qocalmasının qarşısını alan məhsullar sırasına balıq, kətan toxumu, çia toxumu, balqabaq və günəbaxan tumu, qozda rast gəlinən eikosapentaenoik turşusu və lipoik turşusu daxildir.

"Üç fərqli karotenoid, bir çox meyvə və tərəvəzə xarakterik rəng verən fitopiqmentlər, gecikmiş beyin yaşlanmasının qidalanma profilində əsas rol oynayır. Karotenoidlərlə zəngin qidalara ispanaq, kələm, qarğıdalı, bolqar bibəri (qırmızı, yaşıl və ya sarı), pomidor, qarpız, qreypfrut, qovun, brokoli və yerkökü daxildir", - deyə alimlər vurğulayıb.

Bundan əlavə, E vitamini ilə zəngin qidaların qəbulu da məsləhət görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam