Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Moskva və Pekin arasında fikir ayrılığı -Kreml çətin vəziyyətdə

 

Moskvanın "Sibirin gücü-2" qaz kəməri layihəsi ilə bağlı ümidləri boşa çıxdı. Çin daha ucuz və Moskvanın gözlədiyindən daha az qaz istəyir. İki ölkə arasında yaranmış fikir ayrılığı səbəbindən də “Sibirin gücü-2” qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar dalana dirənib. 

Yenixeber.org: Bildirilir ki, Çin Rusiyadan alacağı qazın qiymətini və tədarük həcmini aşağı salmaqda israrlıdır. 

Nəşrin yazdığına görə, Çin dövlətin subsidiyaları sayəsində müəyyən səviyyədə saxlansa da, “Sibirin gücü-2” vasitəsilə verilən qazın haqqını Rusiyada daxili yanacaq qiymətlərinə yaxın qiymətə ödəmək niyyətindədir. Bundan əlavə, Pekin qaz kəmərinin tutumunun tədarük etmək üçün nəzərdə tutulduğu yanacağın həcminin yalnız kiçik bir hissəsini almaq istəyir.

Bu fikir ayrılığının nəticəsi olaraq "Qazprom"un Direktorlar Şurasının sədri Aleksey Millerin 2024-cü ilin mayında Rusiya prezidenti Vladimir Putini Çinə səfərində müşayiət etməyib. 

Boru kəməri sazişi Putinin Çin lideri Si Cinpinlə görüşündə müzakirə etdiyi üç əsas mövzudan biri olub.

"FT" onu da qeyd edib ki, Pekinin “Sibirin gücü-2” ilə bağlı sərt mövqeyi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin Putini iqtisadi dəstək üçün Çindən getdikcə daha çox asılı vəziyyətə salıb.

Nəşr onu da yazıb ki, Rusiya yanacağının ixracı üçün alternativ marşrutların olmaması səbəbindən "Qazprom" Pekinin şərtlərini qəbul etməli olacaq.(“Financial Times”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam