Hikmət Hacıyev türk və özbək həmkarları ilə görüşdü -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb.
Yenixeber.org: Prezidentin köməkçisi bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.
"Türk Dünyası bizim ailəmizdir!", - Prezidentin köməkçisi qeyd edib.











AZ
RU