Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Ərdoğan: Ermənistan gələcəyinin region ölkələri ilə bağlı olduğunu dərk etməlidir

 

Ermənistan dərk etməlidir ki, onun gələcəyi region ölkələri ilə bağlıdır.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən “EFES - 2024” çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə deyib.

O bildirib ki, Ermənistan bununla ilk növbədə üçüncü dövlətlərin və xarici diasporun zərərli təsirindən xilas olacaq.

Türkiyə lideri vurğulayıb ki, Qarabağ 30 ilə yaxın işğaldan azad edildikdən sonra regionda davamlı sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb: “Bu fürsət qaçırılmamalıdır. Ermənistan üçüncü ölkələrin və onun xaricdəki diasporasının zərərli təsirindən qurtulmalıdır, bu, onu dünyaya daha da yaxınlaşdıracaq. Bundan əlavə, erməni xalqı dərk etməlidir ki, onun gələcəyi əsrlər boyu birgə yaşadığı və bundan sonra da birgə yaşayacağı qonşuları ilə bağlıdır. Ermənistan da bu məqsədlərə çatmaq üçün lazım olan hər şeyi etməyə cəsarət etməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam