Zelenskiyə xəbərdarlıq edildi
ABŞ və Almaniya Prezident Vladimir Zelenskidən alyansın sammitində Ukraynanın NATO-ya qəbulu üçün dəqiq tarix təyin etməyi istəməməyi xahiş ediblər.
Yenixeber.org: Bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Onlar həmçinin xəbərdarlıq ediblər ki, Zelenski alyansdan mümkün olmayanı tələb etməməlidir.
"Onlar Ukraynanın bu il NATO-ya tam üzvlük yolu ilə irəliləməsinə çox skeptik yanaşırlar. ABŞ Almaniya qədər narahat olmaya bilər, lakin Rusiyanın alyansın qalan üzvləri üçün təhlükəsindən narahatdır", - deyə bildirilib.










AZ
RU
