Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İlya Darçiaşvili:Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir

Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və onun daha da möhkəmlənməsinə ümid edir.

Yenixeber.org: Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Gürcüstanın strateji tərəfdaşı və yaxın qonşusu olan Azərbaycanın Müstəqillik Günü münasibətilə onun xalqına və hökumətinə, eləcə də həmkarım Ceyhun Bayramova ürəkdən təbriklərimi çatdırıram. Biz etibarlı strateji tərəfdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik”, - paylaşımda qeyd edilib.

Gürcüstanın Bakıdakı səfirliyi də təbriklərə qoşulub. Bu ölkənin diplomatik nümayəndəliyi feysbuk sosial şəbəkəsində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, sülh, firavanlıq və uğurlar arzulayıb: “Ölkələrimiz arasında əsrlər boyu formalaşmış mehriban qonşuluq və dostluq münasibətləri, strateji tərəfdaşlıq Gürcüstan üçün çox dəyərlidir. Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və sıx əlaqələr bundan sonra da iki ölkə xalqlarının rifahı üçün uğurla inkişaf edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam