Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Blinken də Azərbaycan xalqını təbrik etdi

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Yenixeber.org: Bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.

"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz son 32 ildə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq üzərində tərəfdaşlıq qurduğumuz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk. Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kritikləşən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Əməkdaşlığımız Azərbaycanın demokratik inkişafına və Azərbaycan konstitusiyasına uyğun insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliyimizlə paralel davam edəcək. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırıq. Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm", - təbrik mətnində qeyd olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam