Bu ölkələr Ukraynaya qoşun göndərə bilər

Baltikyanı ölkələrin parlamentariləri Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin pisləşəcəyi təqdirdə, Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyiblər.
Yenixeber.org: Bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
“Ötən həftə Tallində keçirilən təhlükəsizlik konfransı zamanı Baltikyanı ölkələrin parlament üzvləri Berlin nümayəndələrini tənqid ediblər. Onların arqumenti belədir: Rusiya Ukraynanın şərqində strateji irəliləyiş əldə etsə, o zaman vəziyyət kəskin şəkildə pisləşə bilər. Siyasətçilər xəbərdarlıq ediblər ki, belə olan halda Baltikyanı ölkələr və Polşa rus qoşunlarının öz sərhədlərinə çatmasını gözləməyəcək, Ukraynaya qoşun göndərəcəklər”, - nəşr bildirib.










AZ
RU