Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Azərbaycanda müstəqil ekspert sertifikatı alan şəxslərə dair tələblər müəyyənləşib

 

Nazirlər Kabineti “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası”nı təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, müstəqil ekspert fəaliyyətini həyata keçirmək istəyən fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.

Bundan başqa, aşağıdakı sahələr üzrə müstəqil ekspert olmaq istədikdə ali təhsilə və müvafiq sahədəki əsas fəaliyyətin həyata keçirilməsi ilə bağlı vəzifələrdə ən azı 3 il iş təcrübəsinə malik olmalıdır:

- maliyyə sahəsi;

- mühəndislik sahəsi;

- dəmir yolu nəqliyyatı sahəsi;

- hava nəqliyyatı sahəsi;

- su nəqliyyatı sahəsi.

Həmçinin avtomobil nəqliyyatı sahəsi və əmlak sahəsi üzrə müstəqil ekspert olmaq istədikdə ali təhsilə və ya həmin sahəyə münasibətdə peşə təhsilinə malik olmalıdır.

İmtahanda iştirak etmək istəyən namizəd sənədləri Azərbaycan Mərkəzi Bankına təqdim etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam