Avropadan Ukraynaya növbəti yardım gəlir...

Avropa liderləri ABŞ-ın Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul etməsini yüksək qiymətləndiriblər.
Yenixeber.org: Bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Eyni zamanda, bəziləri xəbərdarlıq ediblər ki, Kiyevin yaxın aylarda Rusiyanın qəddar hücumunu gözləyir və Avropadan əlavə dəstəyə ehtiyac var”, - nəşr bildirib.
Qeyd olunub ki, aprelin 22-də AB-nin 27 xarici işlər nazirlərinin Kiyevə qarşıdakı hərbi yardımı planlaşdırmaq üçün Lüksemburqda görüşü baş tutacaq. Ukraynanın xarici işlər və müdafiə nazirlərinin müzakirəyə virtual olaraq qoşulacağı planlaşdırılır.










AZ
RU