Rusiyanın 2 vilayəti boşalır -SƏBƏB
Rusiya Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Yakuşev fövqəladə vəziyyətlə əlaqədar olaraq Kurqan və Tümen vilayətinin sakinlərinə çağırış edib.
Yenixeber.org: O, sakinlərdən subasmanı gözləməməyi, dərhal yaşayış yerlərini tərk etməyi tövsiyə edib.
“İlk növbədə Kurqan və Tümen vilayətlərinin sakinlərinə müraciət etmək istəyirəm: Biz yerli orqanlardan gələn siqnallara, bildirişlərə cavab verməliyik. Əsas odur ki, evinizdə olmayasınız və damın altında su basmasını gözləməyin, onu vaxtında tərk etməlisiniz", - deyə o bildirib.










AZ
RU
