Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Ukraynada 11 minə yaxın mülki şəxs ölüb -600-ü uşaqdır

Rusların Ukraynada öldürdüyü uşaqların sayı - 143 nəfər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclas keçirilib.

Yenixeber.org: İclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxış edib.

O bildirib ki, Ukraynada davam edən müharibədə təkcə mart ayında 57 uşaq öldürülüb.

Diplomat qeyd edib ki, iki il ərzində ümumilikdə 600-ü uşaq olmaqla 10 810 mülki şəxs müharibənin qurbanı olub.

Yença qeyd edib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini atəşə tutur, enerji infrastrukturunu intensiv və sistemli şəkildə hədəfə alır:

“Aramsız hücumlar nəticəsində mülki əhali hədəf alınır və artan itkidən dəhşətə gəlirik. Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi işğal siyasətini davam etdirir”.

M. Yença əlavə edib ki, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam