Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Tbilisidə minlərlə insan yürüş keçirir -SƏBƏB

Tbilisidə minlərlə insan ayağa QALXDI

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirirlər.

Yenixeber.org: Aksiyanın təşkilatçıları yürüşün məqsədinin ölkənin azadlığını və Avropa gələcəyini qorumaq olduğunu bildiriblər.

Onların sözlərinə görə, hakimiyyətin parlamentə təqdim etdiyi "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsi Rusiya qanunudur. Bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.

Saat 18:00-da Respublika meydanına toplaşan etirazçılar buradan parlament binasının qarşısına qədər yürüş ediblər.

Parlamentin önündə toplaşan müxalifət müxtəlif şüarlar səsləndirib, hökuməti məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər. Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ötən gün “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib.

Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam