Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırıldı

Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən və söküntü işləri aparılan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

“Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaqdır. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaqdır”, - məlumatda bildirilib.

Qeyd edək ki, keçmiş "Sovetski" ərazisində yerləşən 199 saylı orta məktəb və ona bitişik Bakı Avropa Liseyinin köhnə binalarının söküntüsü zamanı qədim quyu və tunellərin aşkara çıxması barədə sosial mediada görüntülər yayılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam