Qonşu ölkədə hökumət istefa verəcək -SƏBƏB

Rusiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü hökumət istefa verəcək.
Yenixeber.org: Məlumata görə, bununla da yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.
Vladimir Putin martın 15-17-də keçirilən seçkilər zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib. Nəticələr isə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.
Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutmalıdır və andiçmə günü Nazirlər Kabineti Rusiyanın yeni seçilmiş prezidenti qarşısında səlahiyyətlərinin icrasını dayandırır.(TASS)










AZ
RU