Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Abşeronda yeni qəsəbə yaradıldı

 

Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib. Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılıb. Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib. Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib.

Dövlət başçısı eyni zamanda “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” da sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Şəfəq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının 2-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun təşkili üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam