Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Rusiyada bənd dağıldı: 600-ə yaxın evi su basdı-FOTO

 

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bəndin uçması nəticəsində 600-ə yaxın evi su basıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalında məlumat yayılıb.

Daşqın zonasından sakinlərin təxliyyəsi davam edir.

“Xilasedicilər qayıqlardan istifadə etməklə insanları çıxarırlar. 12 müvəqqəti yerləşdirmə mərkəzində 73-ü uşaq olmaqla, 230-a yaxın insan var", - məlumatda deyilir.

Hadisə yerində 530-dan çox mütəxəssis, 125 texnika və 75 qayıq var.

4 mindən çox ev və 11 minə yaxın sakin daşqın zonasındadır. Şəhərin üç rayonundan ikisi - Leninski və Sovetski təxliyə edilir.

Daşqına görə, Orenburq vilayətində fövqəladə vəziyyət rejimi elan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam