Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Konstitusiya qanunlarına dəyişikliklər ediləcək

 

Konstitusiya qanunlarına dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib. Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar dəyişiklikləri qəbul edib.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklərə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.2.5-ci maddəsində “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz olunur.

Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərlə 2.1. 1.0.20-ci maddədə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri, 2.2. 9.1.2-ci maddədə və 84-cü maddənin adında “kütləvi informasiya vasitələrində” sözləri “media məhsullarında” sözləri, eləcə də 2.3. 48.3.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəzlənir.

Qanun layihəsi üçüncü oxunuşda müzakirə edilərək səsvermədən sonra qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam