Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Prezident Akif Cabbarlını təltif edib-FOTO

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tanınmış jurnalist Akif Cabbarlını təltif edib.

Yenixeber.org xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Akif Cabbarlı "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına layiq görülüb.Akif Cabbarlı 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradıcılıq fəaliyyətinə başlayıb.
Sonralar bir müddət “Komminist” (“Xalq qəzeti)” və “Azərbaycan” qəzetində çalışıb. 2011-ci ildən yenidən AzTV-də işləyib. Daha sonra jurnalist kimi əmək fəaliyyətini  İctimai Televizyada davam etdirib.
Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktorudur.

Publisistik yazılar, hekayə və ssenarilər, səfər təəssüratlarını əhatə edən 6 kitabın müəllifidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam