Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatdı - FOTO

 Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkilərində səsvermə başa çatıb.

Yenixeber.org: Seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.

Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, bəzi olaylar istisna ilə, seçkilər problemsiz başa çatıb. O, həmin olaylarda həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib. Eyni zamanda səslərin sayılması prosesinin davam etdiyini, səsvermənin nəticələri ilə bağlı məlumatların anlıq olaraq partiyalara ötürüldüyünü söyləyib. O, MSK-nın toplaşacağını, mediada yayım qadağasının nə zaman qaldırılmasına dair məsələnin müzakirə olunacağını da bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə paylaşımında artıq səslərə sahib çıxma zamanı olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam