Rusiya iki hərbi gəmisini itirdi
Ukrayna ordusu Krımda Rusiyaya məxsus iki gəmini vurub.
Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.
“Ukrayna Müdafiə Qüvvələri işğal altında olan Sevastopolda “Yamal” və “Azov” böyük desant gəmilərini, rabitə mərkəzini, habelə Rusiya Qara dəniz Donanmasının bir sıra infrastruktur obyektlərini uğurla vurub”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gecə Ukrayna ordusunun Sevastopola güclü zərbələr endirdiyini əks etdirən görüntü yayılmışdı.










AZ
RU
